Türkiyənin məşhur müğənnisi Mahsun Kırmızıgül ötən gün Bakıya gəlib.
Manset.az-ın məlumatına görə, sənətçi paytaxtda keçirilən toy məclislərindən birində çıxış edib. Toydan görüntülər sosial şəbəkələrdə yayılıb.
Qeyd edək ki, toy mərasimində Mahsun Kırmızıgüllə yanaşı, Azərbaycanın tanınmış sənətçiləri də iştirak ediblər.