Şəmkirdə azyaşlı qızdırmadan ölüb.
Manset.az xəbər verir ki, hadisə rayonun Dəllər qəsəbəsində qeydə alınıb.
Qəsəbə sakini 2025-ci il təvəllüdlü Mehdi Sənan oğlu Əzimov 5 gün davam edən yüksək hərarətdən sonra xəstəxanaya aparılarkən yolda ölüb.
Faktla bağlı Şəmkir Rayon Prokurorluğunda araşdırma aparılır.