logo
logo logo
logo

Bu ölkədə"Telegram" qəbul imtahanlarına görə BLOKLANDI

21:10 - 16 İyun 2026

Bu ölkədə\"Telegram\" qəbul imtahanlarına görə BLOKLANDI

Hindistanda tibb sahəsi üzrə qəbul imtahanının yenidən keçirilməsi ilə əlaqədar "Telegram" mesencerinin fəaliyyəti iyunun 22-dək məhdudlaşdırılıb.


Manset.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi ölkənin Təhsil Nazirliyinə istinadən məlumat yayıb.

Məlumata görə, bu qərarın qəbul edilməsinə səbəb imtahan suallarının əvvəlcədən mesencer üzərindən sızdırılması olub. Söhbət tibb universitetlərinə qəbul üçün keçirilən Milli İxtisas Qəbul Testindən (NEET) gedir.

Qeyd olunur ki, sözügedən imtahan may ayında keçirilməli idi. Lakin "Telegram"da baş verən məlumat sızıntısı səbəbindən proses ləğv edilmişdi.

Hazırda hökumət tərəfindən imtahanın iyunun 21-də yenidən keçirilməsi planlaşdırılır. Bu məqsədlə "Telegram"ın fəaliyyəti müvəqqəti olaraq məhdudlaşdırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az