logo
logo logo
logo

Ən faydalı meyvə və tərəvəzlər hansılardır?

21:21 - 24 İyun 2026

Ən faydalı meyvə və tərəvəzlər hansılardır?

Ən sağlam meyvələr arasında giləmeyvələr – böyürtkən, moruq, çiyələk və qaragilə – xüsusilə önə çıxır. Onlar yüksək antioksidant və lif tərkibi ilə orqanizmdə iltihabı azaldır və xəstəlik riskini aşağı sala bilər.


Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, mütəxəssislər bildirirlər ki, üzüm və bəzi qovun növləri daha çox şəkər ehtiva edir və qan şəkərinin kəskin yüksəlməsinə səbəb ola bilər.

Tərəvəzlər arasında isə yaşıl yarpaqlı bitkilər – ispanaq və kələm – daha faydalı hesab olunur. Onlar vitamin və minerallarla zəngin olmaqla yanaşı, qan şəkərinin tənzimlənməsinə də kömək edir.

Dietoloqlar qeyd edirlər ki, həm təzə, həm də dondurulmuş meyvə və tərəvəzlər sağlam seçimdir, əsas olan isə balanslı və müntəzəm qidalanmadır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az