Bakıda avtomobili yanlış yerdə saxlayan sürücünü sakinlər cəzalandırıb.
Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Yeni Yasamal ərazisində qeydə alınıb.
Zibil qutularının yaxınlığında saxlanılan avtomobil sakinlərin tullantıları atmasına çətinlik yaradıb. Buna görə də onlar məişət tullantılarını elə həmin "Chevrolet" markalı avtomobilin üzərinə atıblar.
Görüntülər sosial şəbəkələrdə yayılıb və izləyicilər videoya fərqli reaksiyalar veriblər.