logo
logo logo
logo

Şuşada “Sözün həsrəti – Heydərbabaya salam” kompozisiyası təqdim olundu - FOTOLAR

20:01 - 19 İyul 2026

Şuşada “Sözün həsrəti – Heydərbabaya salam” kompozisiyası təqdim olundu - FOTOLAR

Mədəniyyət Nazirliyi və Heydər Əliyev Fondunun birgə təşkilatçılığı ilə Şuşa şəhərində keçirilən Vaqif Poeziya Günləri çərçivəsində iyulun 18-də “Sözün həsrəti –Heydərbabaya salam" adlı bədii-musiqili kompozisiya nümayiş olunub. 


Manset.az xəbər verir ki, görkəmli Azərbaycan şairi Məhəmmədhüseyn Şəhriyarın anadan olmasının 120 illik yubileyinə həsr edilən kompozisiya Xan qızı Natəvanın evinin qarşısında nümayiş etdirilib. 

Kompozisiyanın quruluşçu rejissoru

Əməkdar artist Loğman Kərimov, rejissoru Elnur Məmmədov, musiqi tərtibatçısı Tərlan Əsgərlidir. 

Səhnə işində 

Xalq artist Sabir Məmmədov, Əməkdar artistlər Kazım Həsənquliyev, Nazir Rüstəmov, Elşən Rüstəmov, aktyorlar Nəzrin Abdullayeva, Vüsal Məmmədov, Zəhra Salayeva, Sürahi Əliməmmədova və Emin Sevdimalıyeva yer alıblar. 

Ayşən Mehdiyeva (xanəndə), Əməkdar artist Toğrul  Əsədullayev (kamança), Səxavət Məmmədov (tar) və Cəfər Həsənovun (nağara) ifasında təqdim olunan musiqi nümunələri alqışlarla qarşılanıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az