logo
logo logo
logo

Qırıcı təyyarə qəzaya uğradı - Ölən və itkin düşənlər var

13:03 - 21 Oktyabr 2026

Qırıcı təyyarə qəzaya uğradı - Ölən və itkin düşənlər var

Fransanın Mört-e-Mozel vilayətində “Mirage 2000D” tipli qırıcı təyyarə qəzaya uğrayıb.


Manset.az xarici mediaya istinadən xəbər ki, hadisə nəticəsində bir nəfər həlak olub, bir nəfərin isə itkin düşdüyü bildirilir.

Fransa Müdafiə Nazirliyinin açıqlamasına görə, qəza dünən yerli vaxtla saat 22:40-da ölkənin şimal-şərqində yerləşən Mört-e-Mozel vilayətinin Rojevil şəhərində baş verib. Fransa Hava və Kosmik Qüvvələrinə məxsus təyyarə Nansi-Oşe 133-cü Hava Bazasının qırıcı aviasiya bölməsinə aid olub və tapşırıqdan qayıdarkən qəzaya uğrayıb.

Nazirliyin məlumatında təyyarədə iki nəfərin — pilotun və silah sistemləri üzrə zabitin olduğu bildirilib. Axtarış-xilasetmə işləri nəticəsində onlardan birinin meyiti tapılıb. Həlak olan şəxsin kimliyinin müəyyənləşdirilməsi istiqamətində işlər davam etdirilir.

Qəzanın səbəblərinin müəyyənləşdirilməsi üçün hüquqi və təhlükəsizlik araşdırmalarına başlanılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az