logo
logo logo
logo

Keçmiş iş yoldaşı tərəfindən döyülən qadın danışdı - VİDEO

23:31 - 19 İyul 2026

Keçmiş iş yoldaşı tərəfindən döyülən qadın danışdı - VİDEO

Əvvəlcə mağazanın qapısında dayanıb əl-qol hərəkətləri ilə qadını təhdid edir, daha sonra içəriyə girərək şiddətli zərbələr vurur... Qadın keçmiş iş yoldaşı tərəfindən şiddətlə döyülür..


Dəhşətli hadisə paytaxt sakini Sevil Manafovanın başına gəlib.


Manset.az Xəzər Tv-yə istinadən xəbər verir ki, zərəçəkən hadisənin təfərrüatları ilə bağlı “Xəzər Xəbər”ə müsahibəsində bildirib ki, ötən ay aqressiv davranışlarına görə işdən azad edilən Zamiq Xəlilov Sevil Manafovanı təqib edərək onu dəfələrlə öldürəcəyi ilə hədələyib.

Sevil Manafova bildirir ki, bundan sonra iyulun 17-də heç bir şəxsi münaqişə yaşamadığı iş yoldaşı tərəfindən şiddətə məruz qalıb. Zərərçəkənin sözlərinə görə, o günorta saatlarında paytaxt ərazisində yerləşən zoomağazaların birinə gedərkən iş yoldaşı elə  mağazada olərkən ona şiddətli zərbələr endirərək döyüb.

Zərəçəkən Sevil Manafova bildirir ki, zərbələrin təsirindən ciddi travmalar alıb.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyin Mətbuat Xidmətindən "Xəzər Xəbər"ə bildirildi ki, Bakıda qadına zorakılıq törədən şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub. Keçirilən tədbirlərlə 44 yaşlı Zamiq Xəlilov saxlanılıb. Araşdırma aparılır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az