logo
logo logo
logo

Konor Makqreqor UFC-yə qayıdacağı tarixi açıqladı

01:14 - 20 İyul 2026

Konor Makqreqor UFC-yə qayıdacağı tarixi açıqladı

UFC-nin iki çəki dərəcəsi üzrə keçmiş çempionu Konor Makqreqor Maks Holloueylə döyüş zamanı aldığı zədə barədə danışıb.


Manset.az xəbər verir ki, irlandiyalı döyüşçü bununla bağlı "X" sosial şəbəkəsində paylaşım edib.

"Bu, ön çarpaz bağ və menisk zədəsi idi. Bu, Holloueylə ilk döyüşümdə aldığım zədənin eynisidir, sadəcə bu dəfə digər ayağımda baş verdi. Bu, olduqca şokedicidir. Həmin vaxt yarışlara doqquz aydan sonra qayıtmışdım", - deyə Makqreqor yazıb.

Onun sözlərinə görə, müasir tibbin imkanları və təkmilləşdirilmiş məşq metodları nəzərə alınarsa, gələn yay yenidən döyüşlərə qayıtmaq şansı var.

"Artıq qoltuqağacından istifadə etmirəm. Bir neçə gün əvvəl ayaq trenajorunda məşq etdim və heç bir problem yaşamadım. Buna görə də artıq kənardan kömək almadan yeriyə bilirəm. Hər şey çox yaxşı gedir", - deyə o əlavə edib.

Qeyd edək ki, Makqreqor iyulun 12-də beş illik fasilədən sonra UFC-də ilk döyüşə çıxıb. Qarşılaşma onun sağ dizindən aldığı zədə səbəbindən ilk raundda dayandırılıb və Maks Hollouey qalib elan edilib.

Konor Makqreqor MMA karyerası ərzində 29 döyüş keçirib. O, bunların 22-də qələbə qazanıb, 7-də isə məğlub olub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az