logo
logo logo
logo

"Dərnəgül" elektrik deposu ilk qatarı qəbul etdi

21:14 - 11 Avqust 2026

\"Dərnəgül\" elektrik deposu ilk qatarı qəbul etdi

İnşaat işlərinin ikinci mərhələsi yekunlaşan "Dərnəgül" elektrik deposu tarixində ilk qatarı qəbul edib.


Bu barədə Manset.az-a "Bakı Metropoliteni" QSC-də məlumat verilib.

Bildirilib ki, deponun qismən istismara verilməsi üçün sınaq qatarının hərəkəti uğurla tamamlanıb, depo yolları bütün lazımi texniki parametrlər üzrə yoxlanılıb.

Yeni depoda Yaşıl xətdə hərəkət edəcək qatarların təmir-baxışı, qulluğu, gecələməsi və digər zəruri tədbirlər həyata keçiriləcək.

"Dərnəgül" deposunun istismara verilməsi Yaşıl və Qırmızı xətlərin ayrılması layihəsinin tərkib hissəsi kimi, metropolitendə xidmət keyfiyyətinin artırılması, sıxlıq və intervalların azaldılmasında xüsusi əhəmiyyət daşıyır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az