logo
logo logo
logo

Dərmanların vaxtında qəbulunun əhəmiyyəti

08:00 - 13 Avqust 2026

Dərmanların vaxtında qəbulunun əhəmiyyəti

Dərmanların günün hansı saatında qəbul edilməsi onların effektivliyinə təsir göstərə bilər. Buna səbəb orqanizmin öz bioloji saatının olmasıdır.


Mnaset.az Baku.ws-ə istinadən xəbər verir ki, bu barədə tibb üzrə fəlsəfə doktoru Andrey Kondraxın deyib.

Mütəxəssis bildirib ki, dərmanların qəbul vaxtı xəstəliyin xüsusiyyətlərinə uyğun müəyyənləşdirilməlidir. Məsələn, arterial təzyiq bəzi insanlarda əsasən axşam və ya gecə yüksəlirsə, preparatların axşam saatlarında qəbulu tövsiyə oluna bilər.

Əgər təzyiq səhərdən axşama qədər yüksək qalırsa, həkim dərmanı gün ərzində iki dəfə qəbul etməyi və ya sutkada bir dəfə istifadə edilən uyğun preparat seçməyi nəzərdən keçirə bilər.

Həkimin sözlərinə görə, qalxanabənzər vəzə təsir edən hormonal preparatların da qəbul vaxtı önəmlidir. Belə dərmanların səhər erkən saatlarda qəbul edilməsi tövsiyə olunur.

Mütəxəssis həmçinin səyahət zamanı dərmanların qəbul rejiminə diqqət yetirməyin vacibliyini vurğulayıb. Başqa saat qurşağına keçdikdə orqanizmin bioloji ritmi dəyişə bilər və bəzi dərmanların qəbul vaxtının buna uyğunlaşdırılması lazım gələ bilər.

Qeyd edək ki, dərmanın qəbul saatını özbaşına dəyişmək olmaz. Xüsusilə təzyiq və hormonal preparatların rejimi həkimlə razılaşdırılmalıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az