logo
logo logo
logo

"İnsanlar rahat yata bilərlər" - Qurban Yetirmişli

21:24 - 14 Avqust 2026

\"İnsanlar rahat yata bilərlər\" - Qurban Yetirmişli

Xəbər verdiyimiz kimi, Qubada 4,9 maqnitudalı zəlzələ baş verib.


Manset.az məsələ ilə bağlı Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli ilə əlaqə saxlayıb.

Qurban Yetirmişli bildirib ki, zəlzələnin maqnitudası təxminən 5-ə yaxın olub. Yeraltı təkanlar ətraf ərazilərdə, o cümlədən Xınalıq, Siyəzən və Şamaxıda da hiss edilib.

Baş direktor qeyd edib ki, Azərbaycanda il ərzində 6-7 min zəlzələ qeydə alınır:

“Onlardan bəziləri hiss olunur, bəziləri isə yox. 7 və daha yuxarı maqnitudalı zəlzələlər dağıdıcı və təhlükəli hesab olunur. Lakin respublika ərazisində xırda təkanlar hər gün qeydə alınır. Narahatlığa əsas yoxdur. İnsanlar rahat yata bilərlər”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az