Ötən il üzrə büdcənin gəlir və xərcləri açıqlandı
2021-ci ilin yanvar-dekabr aylarında dövlət büdcəsinin gəlirləri 26 419,1 mln manat olub.
Manset.az-ın məlumatına görə, bu, 2020-ci ilin eyni dövrü ilə müqayisədə 7% çoxdur.
Sözügedən dövrə dövlət büdcəsinin xərcləri 27 412,8 mln manat təşkil edib ki, bu da illik müqayisədə 3,8% çoxdur.
Nəticədə, 2021-ci ilin dövlət büdcəsində 993,7 mln manat kəsir yaranıb.
Qeyd edək ki, 2020-ci ildə isə dövlət büdcəsində 1 744 mln manat kəsir yaranmışdı.