logo
logo logo
logo

Xırdalanda kişi ona yemək verməyən arvadını DÖYDÜ

15:51 - 25 İyul 2026

Xırdalanda kişi ona yemək verməyən arvadını DÖYDÜ

Abşeronda kişi arvadını döyüb.


Manset.az Lent.az-a istinadən xəbər verir ki, hadisə Xırdalan şəhəri, Zərdabi küçəsində qeydə alınıb.

İttiham aktına görə, 36 yaşlı Cavid İmanov (ad və soyad şərtidir) günorta saatlarında arvadını yuxudan oyadaraq, ona yemək hazırlamasını istəyib. Qadın isə bir azdan hazırlayacağını deyəndə Cavid əsəbiləşərək, qadını sillə və yumruq zərbələri ilə döyüb. Nəticədə zərərçəkən baş, sinə və bel nahiyələrindən xəsarət alıb.

Zərərçəkənin şikayəti əsasında Cavid polis əməkdaşları tərəfindən saxlanılıb və onun barəsində cinayət işi açılıb.

Təqsirləndirilən şəxs arvadı ilə barışdığını, zərərçəkən də həmçinin ərinə qarşı şikayət və tələbinin olmadığını deyib.

Məhkəmənin qərarı ilə cinayət təqibinə xitam verilib və Cavid İmanov məsuliyyətdən azad olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az