logo
logo logo
logo

Bakıda bu marşrutların qiyməti ARTACAQ

09:26 - 03 Sentyabr 2026

Bakıda bu marşrutların qiyməti ARTACAQ

Ölkədə ictimai nəqliyyatın fəaliyyətində yeni mərhələ başlayıb.



Manset.az xəbər verir ki, Nazirlər Kabinetinin təsdiqlədiyi yeni qaydalara əsasən, müntəzəm avtobus marşrutları mərhələli şəkildə "brutto müqavilə" sisteminə keçirilir.

Yeni mexanizmə görə, daşıyıcı şirkətlərin gəliri daha yığdıqları sərnişin sayından asılı olmayacaq. Dövlət daşıyıcılara ödənişi avtobusun qət etdiyi məsafəyə və xidmətin keyfiyyətinə görə edəcək. Şirkətlər qarşısında avtobusların təmizliyi, hərəkət intervalı və təyin olunmuş qrafikə dəqiq əməl edilməsi kimi tələblər qoyulur.

Bu sistem ilk növbədə sərnişinlərin illərdir qarşılaşdığı əsas problemləri həll edəcək. Artıq sürücülər daha çox sərnişin toplamaq üçün dayanacaqlarda uzun müddət gözləməyəcək və yollarda yarışa çıxmayacaq. Eyni zamanda, sərnişin axınının azaldığı axşam saatlarında və ya azrentabelli şəhərətrafı marşrutlarda avtobusların fəaliyyətsiz qalmasının qarşısı alınacaq.

Sistemə nəzarət xüsusi proqram təminatı vasitəsilə həyata keçiriləcək. Qrafiki pozan və ya xidmət keyfiyyətini aşağı salan daşıyıcılara qarşı maliyyə sanksiyaları tətbiq olunacaq.

Yenilik ilk olaraq 130, 205, 211, 500 və 503 nömrəli marşrutlarda tətbiq edilməyə başlayıb. Yaxın vaxtlarda digər xətlərin də bu sistemə qoşulması nəzərdə tutulur.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az