logo
logo logo
logo

Bakıda yeni ekspres marşrut xətti fəaliyyətə başlayır 

16:37 - 04 Sentyabr 2026

Bakıda yeni ekspres marşrut xətti fəaliyyətə başlayır 

Sentyabrın 6-dan metronun "20 Yanvar" stansiyasından "Qara Qarayev", "Neftçilər", "Xalqlar Dostluğu", "Əhmədli" və "Həzi Aslanov" stansiyaları istiqamətində artan sərnişin tələbatının qarşılanması üçün M7 nömrəli ekspres marşrutu fəaliyyətə başlayacaq.


Bu barədə Manset.az-a Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən məlumat verilib.

Avtobusların “20 Yanvar” metrostansiyasındakı dayanacağı Rövşən Cəfərov küçəsi, “Velotrek” adlanan ərazinin qarşısı, “Həzi Aslanov” metrostansiyasında isə Məhəmməd Hadi küçəsi, metronun qarşısı təyin edilib.

Avtobusların hərəəti metronun iş rejiminə uyğunlaşdırılaraq saat 06:00-dan 00:00-dək təşkil ediləcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az