logo
logo logo
logo

Azay Quliyev seçicilərin növbəti qəbulunu keçirdi - FOTOLAR

17:40 - 07 Sentyabr 2026

Azay Quliyev seçicilərin növbəti qəbulunu keçirdi - FOTOLAR

Bu gün Milli Məclisin deputatı Azay Quliyev 8-ci mikrorayon, Azadlıq prospekti 184 ünvanında yerləşən deputat ofisində seçicilərin növbəti qəbulunu keçirib.


Manset.az xəbər verir ki, qəbul zamanı vətəndaşlar müxtəlif sosial və məişət xarakterli məsələlərlə bağlı müraciətlərini deputatın diqqətinə çatdırıblar. Seçicilərin qaldırdıqları məsələlər diqqətlə dinlənilib, hər bir müraciət üzrə müvafiq qeydlər aparılıb.

Deputat müraciətlərin qanunvericiliyin tələblərinə uyğun olaraq araşdırılacağını, zəruri hallarda aidiyyəti dövlət qurumlarına müraciətlər ünvanlanacağını və qaldırılan məsələlərin həlli istiqamətində müvafiq addımların atılacağını bildirib.

Qəbulun sonunda seçicilərin təklifi ilə deputat yaşayış binasının qarşısındakı məhəlləyə baxış keçirib, ərazidə mövcud vəziyyətlə tanış olub və sakinlərin təklif və narazılıqlarını dinləyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az