logo
logo logo
logo

Bakıda oyuncaq maşınla yola çıxan şəxs SAXLANILDI - VİDEO

12:15 - 08 Sentyabr 2026

Bakıda oyuncaq maşınla yola çıxan şəxs SAXLANILDI - VİDEO

Bakıda hərəkətin intensiv olduğu yolda oyuncaq nəqliyyat vasitəsi ilə hərəkət edərək həm özünün, həm də digər hərəkət iştirakçılarının təhlükəsizliyi üçün real təhlükə yaradan şəxs polis əməkdaşları tərəfindən müəyyən olunub.


Manset.az xəbər verir ki, Bakı Şəhər Dövlət Yol Polisi İdarəsindən bildirilib ki, 2001-ci il təvəllüdlü Mirzəli soyadlı şəxs saxlanılıb. Onun barəsində qanunvericiliyə uyğun olaraq hüquqi məsuliyyət tədbirləri görülür.

Məlumatda vurğulanıb ki, hərəkətin intensiv olduğu avtomobil yollarında bu cür təhlükəli davranışlar ağır nəticələrə səbəb ola bilər.

Hər bir hərəkət iştirakçısı həm özünün, həm də digər şəxslərin həyat və sağlamlığının təhlükəsizliyinə məsuliyyətlə yanaşmalıdır.



Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az