logo
logo logo
logo

Tanınmış yazıçı xərçəng xəstəliyinə TUTULDU 

13:56 - 08 Sentyabr 2026

Tanınmış yazıçı xərçəng xəstəliyinə TUTULDU 

Yazıçı, publisist Vahid Qazi xərçəng xəstəliyindən əziyyət çəkir.


Manset.az xəbər verir ki, o, bu barədə sosial media hesabında paylaşım edib.

Yazıçı bildirib ki, hazırda “əsrin bəlası” ilə üz-üzədir:

“Bizim uşaqlığımızda iki höcətləşən arasında dava ən çox bu sözdən sonra başlayırdı: ”Sən maa heş zad eliyə bilməssən!”

Zəif olan özündən güclüyə deyirdi onu. Bax o anda o zəifin gücü yalnız o sözü deyə bilməyə çatırdı. Çox vaxt o söz atəşə nöyüt tökmək effekti verirdi. Hərdən isə əksinə olurdu – o cəsarətli sözdən sonra dava başlamadan bitirdi. Çünki güclü zəifin kimə arxalandığını bilirdi.

Ömür boyu heç vaxt yaşamadığım qarışıq duyğular, fikirlər dolu neçə ayın sonunda mənim də bax elə o sayaq ”dava günüm” yetişdi. Davam dövrümüzün çərdəymiş bəlasıyladı. Özündən güclüyə o sözün deyildiyi az qala 50 illik xatirənin məhz bu gün yada düşməsi də boşuna deyil yəqin.

İndi o sözü mən deyirəm: ”Əsrin bəlası, ”sən maa heş zad eliyə bilməssən!”

Göydə Anamın, yerdə doğmaların, yaxınların duaları mənimlədi!”.

Qeyd edək ki, Vahid Qazi 22 mart 1968-ci ildə Ağdam şəhərində anadan olub. Ağdam şəhəri 1 saylı orta məktəbində oxuyub.

1985-ci ildə Bakı Dövlət Universitetinin jurnalistika fakültəsinə daxil olub, 1992-ci ildə oranı bitirib. 1986–1988-ci illərdə Sovet ordusunda xidmət edib.

Azərbaycan və İsveç Yazıçılar Birliyinin üzvüdür. Əsərləri rus, ingilis, isveç, ukrayna, latış, polyak, türk dillərinə çevrilib.

2012-ci ildən İsveçdə yaşayır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az