Ağdaş Rayon İcra Hakimiyyətinin keçmiş başçısı, alim-pedaqoq, filologiya elmləri namizədi Veyis Fərrux oğlu Məmmədov 80 yaşında vəfat edib.
Manset.az Musavat.com-a istinadən xəbər verir ki, o, Ağdaş Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsində 1992–1993-cü illərdə çalışıb.