AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Çin Xalq Respublikasının
Hebey Dövlət Pedaqoji Universitetinin Elmi Şurası tərəfindən həmin ali təhsil
ocağının Fəxri professoru seçilib.
Manset.az xəbər verir ki, bununla bağlı Çin Xalq Respublikasından akademik İsa Həbibbəylinin
ünvanına göndərilən məktubda xəbər verilib.
AMEA-nın prezidenti, akademik İsa Həbibbəyli Hebey Dövlət Pedaqoji
Universitetinin Fəxri professoru adına Azərbaycan-Çin elmi əlaqələrinin
inkişafında səmərəli fəaliyyətinə görə layiq görülüb.
Qeyd edək ki, 2024-cü ildə Azərbaycan Milli Elmlər Akademiyası, Hebey
Sosial Elmlər Akademiyası və Hebey Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı
ilə “Xəzərdən Çin Səddinədək: ədəbiyyat, texnologiya və sosial həyat” mövzusunda
beynəlxalq elmi konfrans keçirilib.
Akademik İsa Həbibbəyli bu yaxınlarda Hebey Sosial Elmlər Akademiyasının
keçirdiyi Dünya intellektuallarının XXIV konfransında məruzə ilə şıxış edib.
Çin Xalq Respublikasının Hebey bölgəsinin elm və ali təhsil qurumlari ilə
Azərbaycan Milli Elmlər Akademiyasının elmi əlaqələri uğurla davam edir.
Təbrik edirik!