logo
logo logo
logo

Şəkidə kanat faciəsinin TƏFƏRRÜATI: Tros qırılıb, yoxsa? - FOTO  

12:19 - 09 Sentyabr 2026

Şəkidə kanat faciəsinin TƏFƏRRÜATI: Tros qırılıb, yoxsa? - FOTO  

"Şəki Yaylası" istirahət mərkəzində iki nəfərin ölümü ilə nəticələnən hadisənin təfərrüatı məlum olub.


Manset.az oxu.az-a istinadən xəbər verir ki, hadisə qoşaçarxlı kanat tipli qurğudan istifadə zamanı baş verib.

Məlumata görə, Bakıdan Şəki şəhərinə istirahətə gedən 31 yaşlı Coşqun Məmmədov və 27 yaşlı Ucal Bayramov qurğudan istifadə edərkən trosun və qurğunun digər hissələrinin texniki vəziyyəti yoxlanılmayıb. Onlar qurğuda hərəkətdə olarkən kanat tipli qurğunun asılqanlı diyircəyinin trosdan çıxdığı bildirilir.

Şəkidə kanat faciəsinin TƏFƏRRÜATI: Tros qırılıb, yoxsa? - FOTO

Hadisə nəticəsində hər iki şəxs dünyasını dəyişib.

Qeyd edək ki, hadisə sentyabrın 8-də Şəkinin Baş Kəldək kəndi ərazisində yerləşən "Şəki Yaylası" istirahət mərkəzində baş verib. İlkin məlumatda kanat yolunun trosunun qırılması nəticəsində iki nəfərin yüksəklikdən düşərək öldüyü bildirilmişdi. Faktla bağlı Şəki Rayon Prokurorluğunda araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az