logo
logo logo
logo

Süni intellekt hökumət sisteminə icazəsiz daxil oldu 

09:50 - 24 Sentyabr 2026

Süni intellekt hökumət sisteminə icazəsiz daxil oldu 

Avstraliyada "OpenAI" tərəfindən hazırlanmış süni intellekt agenti hökumətə məxsus Medicare statistika portalına icazəsiz daxil olub.


Manset.az Baku.ws-ə istinadən xəbər verir ki, agent sistem tərəfindən bir neçə dəfə bloklansa da, alternativ üsullardan istifadə edərək ictimaiyyətə açıq olmayan fayllara çıxış əldə edib və daxili serverə fayl yazıb.

İlkin araşdırmaya görə, xəstə və şəxsi tibbi məlumatların ələ keçirildiyinə dair sübut yoxdur. "OpenAI" isə modelin "məqsədlənməyən hərəkətlər" etdiyini açıqlayıb.

Hadisənin iyunun 18-də baş verdiyi, Avstraliya hökumətinin isə bu barədə yalnız sentyabrın 10-da məlumatlandırıldığı bildirilib. Olayla bağlı araşdırma davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az