logo
logo logo
logo

Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu - FOTO

19:16 - 03 Oktyabr 2026

Ukraynada döyüşən daha bir azərbaycanlı həlak oldu - FOTO

Ukraynada gedən döyüşlərdə daha bir soydaşımız həlak olub.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, uzun illər Ukraynanın Jovti Vodı şəhərində yaşayan Zaur Bəhram oğlu Həbibov cəbhədə həyatını itirib.

Z. Həbibov hələ 2014-cü ildə Antiterror Əməliyyatında (ATO) iştirak edərək Ukraynanı müdafiə etməyə başlayıb. 2022-ci ilin fevralında başlayan genişmiqyaslı müharibədən sonra həmin ilin iyun ayında yenidən xidmətə qayıdan soydaşımız cəbhədə döyüş tapşırıqlarını yerinə yetirməyə davam edib.

O, 2026-cı il sentyabrın 10-da Donetsk vilayətinin Drujkovka şəhəri yaxınlığında döyüş tapşırığını icra edərkən itkin düşüb. Bir neçə gün öncə Zaur Həbibovun həlak olması rəsmən təsdiqlənib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az