logo
logo logo
logo

Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər 

14:57 - 27 Oktyabr 2026

Sabiq deputatın şirkətinə cinayət işi açıldı - 5 milyonluq obyekti söküblər 

Sabiq deputat Əsabil Qasımova məxsus olan “Azər-Tikinti” MTK-nın vəzifəli şəxslərinə cinayət işi açılıb.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir, şirkətin Bakı şəhər Azadlıq prospekti 40 və 42 ünvanlarında yerləşən, 2 mərtəbəli, zirzəmisində obyektləri olan və dəyəri 5 milyon manata yaxın qiymətləndirilən özəl mülkiyyəti özbaşına sökdüyü bildirilib. Bu səbəbdən Bakı şəhər prokurorunun göstərişinə əsasən, Cinayət Məcəlləsinin 186.3, 320.1 və 320.2-ci maddələri ilə başlanılmış işin araşdırılması Daxili İşlər Nazirliyinin Su Nəqliyyatında Polis İdarəsinin İstintaq şöbəsinə həvalə olunub.

İş üzrə zərərçəkmiş şəxs qismində iş adamı Naiq Məmmədhəsənov tanınıb.

Bildirilib ki, sökülən binanın zirzəmisində məşhur “Mağara” restoranı və Dequstasiya zalı, birinci mərtəbəsində Bakıdakı səfirliklərin tədbirlər təşkil etdiyi “Tovuz Konyak Evi”, ikinci mərtəbəsində isə “Hostel” yerləşib.

Əmlakın qiyməti 4 milyon 810 min manat dəyərləndirilib.

Qeyd edək ki, daha əvvəl əmlak sahibi ilə tikinti şirkəti arasında alqı-satqıya dair müqavilə imzalanıb. Lakin sonradan həmin müqavilə pozulub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az