Ötən gün toylara görə 2 nəfər cərimələndi

09:26 - 26 Yanvar 2022

Ötən gün toylara görə 2 nəfər cərimələndi

Ötən gün toylara görə 2 nəfər cərimələnib, 21 nəfər şənliyə buraxılmayıb.

Bu barədə Manset.az-a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Bildirilib ki, yanvarın 25-də DİN-in, Qida Təhlükəsizliyi Agentliyinin və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin nümayəndələri Bakı şəhərində və respublika ərazisində 94 toy şənliyinin monitorinqini həyata keçirib.

Monitorinq 93 şadlıq sarayında, 1 şəxsi həyətyanı sahədə keçirilən şənlikləri əhatə edib.

Monitorinqlər nəticəsində toy şənliklərinin keçirilməsində xüsusi karantin rejimi qaydalarını pozduqlarına görə 2 nəfər İnzibati Xətalar Məcəlləsinin 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsinə əsasən cərimə olunub, 21 nəfər isə COVID-19 pasportu olmadığına görə şənliyə buraxılmayıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az