"Roma" Mxitaryanla müqaviləni yeniləməkdən imtina etdi

13:27 - 26 Yanvar 2022

\"Roma\" Mxitaryanla müqaviləni yeniləməkdən imtina etdi

İtaliyanın "Roma" klubu futbolçusu Henrix Mxitaryanla yollarını ayıracaq.

Manset.az  "La Repubblica" nəşrinə istinadən xəbər verir ki, 33 yaşlı yarımmüdafiəçinin yayda başa çatacaq müqaviləsi yenilənməyəcək.

"Canavarlar" yüksək maaşı səbəbindən erməni oyunçu ilə vidalacaq. Paytaxt təmsilçisi illik 3 milyon avro məvacib alan yarımmüdafiəçiyə artıq bu məbləği vermək istəmir və onun yerinə yeni futbolçu axtarır.

Xatırladaq ki, Henrix Mxitaryan "Roma"da 2019-cu ildən çıxış edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az