logo
logo logo
logo

Azad edilmiş ərazilərdə daha 185 mina aşkarlandı 

11:22 - 16 Noyabr 2026

Azad edilmiş ərazilərdə daha 185 mina aşkarlandı 

İşğaldan azad edilmiş ərazilərdə minatəmizləmə fəaliyyətinə cəlb olunmuş qurumlar tərəfindən icra olunan əməliyyatlar barədə həftəlik (02.11.2026 - 15.11.2026) məlumat açıqlanıb.


Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyindən (ANAMA) Manset.az-a verilən məlumata görə, azad edilmiş ərazilərdə daha 152 piyada əleyhinə mina, 33 tank əleyhinə mina, 1343 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.

Bildirilib ki, 1459,5 hektar ərazi mina və PHS-lərdən təmizlənib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az