logo
logo logo
logo

Əli Əsədov Maka Boçorişvili ilə görüşdü

14:02 - 25 Noyabr 2026

Əli Əsədov Maka Boçorişvili ilə görüşdü

Azərbaycan Baş naziri Əli Əsədov bu gün Gürcüstanın Baş nazirinin müavini, xarici işlər naziri Maka Boçorişvili ilə görüşüb.


Manset.az xəbər verir ki, görüşdə Azərbaycan ilə Gürcüstan arasında münasibətlərin mehriban qonşuluq və strateji tərəfdaşlıq ruhunda ardıcıl şəkildə möhkəmləndiyi qeyd olunub.

Son dövrdə qarşılıqlı səfər və görüşlərin intensivləşməsi ikitərəfli əlaqələrin yüksək səviyyəsinin, eləcə də əməkdaşlığın daha da genişləndirilməsinə qarşılıqlı marağın göstəricisi kimi dəyərləndirilib.

Görüş zamanı ticarət-iqtisadi, investisiya, nəqliyyat-tranzit, enerji, humanitar və digər sahələrdə qarşılıqlı fəaliyyətin mövcud vəziyyəti və inkişaf perspektivləri nəzərdən keçirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az