Rusiya Prezidenti Vladimir Putin Ukraynadakı müharibəni dayandırmalıdır.
Manset.az xəbər verir ki, bunu NATO baş katibi Yens Stoltenberq Rusiya Prezidenti Vladimir Putinə müraciətində deyib.
“Mən bir daha Prezident Putini mayın 9-da müharibəni dərhal dayandırmağa, qoşunlarını Ukraynadan çıxarmağa və sülh danışıqlarına başlamağa çağırıram”, - baş katib bildirib.
Stoltenberq onu da qeyd edib ki, NATO bu müharibədə Ukraynanın tərəfindədir və ölkəyə özünü müdafiə etməsi üçün kömək etməyə davam edəcək.