Bakıda maşın 2 qadını vurdu

18:46 - 28 Fevral 2026

Bakıda maşın 2 qadını vurdu

Bakıda piyadaların vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.


Manset.az Oxu.az-a istinadən xəbər verir ki, hadisə paytaxtın Sabunçu rayonu, Bakıxanov qəsəbəsində yerləşən "Aygun Mall" ticarət mərkəzinin qarşısında baş verib. Ticarət mərkəzinin qarşısında yolu keçən iki qadını avtomobil vurub. Yaralılar xəstəxanaya yerləşdiriliblər.

Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzindən Oxu.Az-a verilən məlumata görə, hadisə bu gün 13:20-də baş verib. Respublika Təcili və Təxirəsalınmaz Tibbi Yardım Mərkəzində Bakıxanov qəsəbəsi, "Aygün Mall"un qarşısında piyada vurma səbəbi ilə çağırış qeydə alınıb.

Çağırış ünvanına təcili tibbi yardım briqadası cəlb olunub.

Təcili tibbi yardım briqadası tərəfindən 2 nəfər (qadın) müştərək travma diaqnozu ilə Sabunçu Tibb Mərkəzinə hospitalizasiya olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az