24 gün əvvəl öldürülən şəxsin qatili tapıldı

09:42 - 17 May 2022

24 gün əvvəl öldürülən şəxsin qatili tapıldı

Bakıda 24 gün əvvəl öldürülən şəxsin meyiti tapılıb.

 

Nərimanov rayon prokurorluğundan Manset.az-a bildirilib ki, rayon ərazisində qeyri-aşkar şəraitdə törədilmiş ağır cinayət “isti izlərlə” açılıb.

Belə ki, mayın 6-da rayon ərazisində yerləşən mənzildə 1986-cı il təvəllüdlü Şamil Əliyevin üzərində kəsici-deşici alətlə yetirilməyə xarakterik xəsarətlər olan və çürüməyə məruz qalmış meyiti aşkarlanıb. Faktla bağlı cinayət işi başlanıb. Toplanmış ilkin sübutlar nəticəsində cinayət əməlininin 1989-cu il təvəllüdlü Emil Ağayev tərəfindən aprelin 23-də törədilməsinə əsaslı şübhələr müəyyən edilib.

Emil Ağayev şübhəli şəxs qismində tutulub, istintaq davam edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az