DİN-dən XƏBƏRDARLIQ: Yaşayış sahəsində tir tüfəngindən istifadə qadağandır

23:56 - 23 May 2022

DİN-dən XƏBƏRDARLIQ: Yaşayış sahəsində tir tüfəngindən istifadə qadağandır

“Yaşayış sahəsində tir tüfəngindən istifadə etmək ağır fəsadlar yarada bilər. Paytaxtın Xətai rayonunda bir nəfər tir tüfəngindən atdığı qırma digər qonşunun pəncərəsini zədələyib. Orda insan olsaydı, onun gözünə dəysəydi, necə olacaqdı?”

Manşet.az xəbər verir ki, bunu Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev deyib.

“Tir tüfəngi, yaxud idman silahı olan şəxslər bilməlidir ki, bu kateqoriyadan olan xüsusi vasitələrin yaşayış olan ərazilərdə istifadəsi qadağandır. Həmin şəxslər onu da bilsinlər ki, bu neqativ hal xəsarətlə yanaşı, kimsə ondan stres keçirə, narahat ola, həyəcanlana bilər”, - deyə DİN rəsmisi vurğulayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az