Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş bilik yarışması keçirildi - FOTOLAR

09:47 - 10 İyun 2022

Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş bilik yarışması keçirildi - FOTOLAR

Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş bilik yarışması keçirilib

 

Manset.az xəbər verir ki, “Tək bir Yer Kürəmiz var” devizi altında Ümumdünya Ətraf Mühit Gününə həsr olunmuş toplantı çərçivəsində bilik yarışması keçirilib. 
    
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin və BMT-nin İnkişaf Proqramının birgə təşkilatçılığı ilə keçirilən intellektual yarışda ali təhsil müəssisələrində təhsil alan tələbələr, ekokönüllülər və gənclər təşkilatlarının nümayəndələri iştirak ediblər. 

Ətraf mühitin mühafizəsi və ekoloji məsələlərə yönəlmiş mövzularla əhatə olunan bilik yarışmasının məqsədi gənclərin ekoloji sahədə biliklərinin artırılmasıdır. 

Ekologiya və təbii sərvətlər naziri Muxtar Babayev, kənd təsərrüfatı naziri İnam Kərimov, təhsil naziri Emin Əmrullayev, Azərbaycan-ABŞ parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, millət vəkili Səməd Seyidov, BMT-nin Azərbaycandakı Rezident Əlaqələndiricisi Vladanka Andreyeva, BMT-nin İnkişaf Proqramının Rezident Nümayəndəsi səlahiyyətlərini icra edən Çaru Bista, eləcə də, digər beynəlxalq təşkilatların nümayəndələrinin, səfirliklərin, qeyri-hökumət təşkilatlarının əməkdaşlarının və məşhur simaların  iştirak etdiyi toplantının sonunda yarışmanın qalibləri mükafatlandırılıb.







Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az