logo
logo logo
logo

Yeni Zelandiyada zəlzələ oldu

17:26 - 05 Avqust 2026

Yeni Zelandiyada zəlzələ oldu

Yeni Zelandiya sahillərində 6,3 bal gücündə zəlzələ qeydə alınıb.


Manset.az xarici mediaya istinadən xəbər verir ki, ABŞ Geoloji Xidmətinin (USGS) yaydığı məlumata görə, zəlzələnin episentri Yeni Zelandiyanın şimalında yerləşən Kermadek adaları yaxınlığında olub.

Yer səthindən 226,1 kilometr dərinlikdə baş verən zəlzələ nəticəsində ilkin məlumata əsasən, ölən və ya xəsarət alan olmayıb, həmçinin maddi ziyan qeydə alınmayıb.

Zəlzələdən sonra sunami təhlükəsi ilə bağlı hər hansı xəbərdarlıq edilməyib.

Qeyd edək ki, Yeni Zelandiya və Solomon adalarının da yerləşdiyi Sakit okean hövzəsindəki "Odlu halqa" adlandırılan seysmik qurşaq dünyanın ən fəal tektonik zonalarından biridir. Bu bölgədə tez-tez zəlzələlər və vulkan püskürmələri baş verir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az