ŞOK! Cəbrayıldakı qəzada ölən şəxs bu şirkətin əməkdaşı İMİŞ

12:40 - 10 İyun 2022

ŞOK! Cəbrayıldakı qəzada ölən şəxs bu şirkətin əməkdaşı İMİŞ

Ötən gün axşam saatlarında Cəbrayıl rayonunda ağır yol qəzasının baş verməsi barədə xəbər vermişdik.

 

Manşet.az Qafqazinfo-ya istinadən xəbər verir ki, saat 18 radələrində rayonun Qumlaq kəndində baş vermiş qəzada vəfat edən 1983-cü il təvəllüdlü, Ağdaş rayon sakini Əliyev Zamiq Oqtay oğlu “Turkuaz Construction” şirkətinin əməkdaşı olub. Onun idarə etdiyi “Niva” markalı minik avtomobili də həmin şirkətə məxsus olub.

Xatırladaq ki, Zamiq Əliyevin idarə etdiyi “Niva” və R.İsayevin idarə etdiyi “Great Wall Wingle” markalı avtomobillər toqquşub. Nəticədə Z.Əliyev hadisə yerində ölüb, sərnişini və digər sürücü xəstəxanaya yerləşdiriliblər.

Cəbrayıl Rayon Polis Şöbəsində araşdırma aparılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az