Azərbaycanda son sutkada koronavirus (COVID-19) əleyhinə 1731 vaksin vurulub.
Manset.az xəbər verir ki, bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargah məlumat yayıb.
Bildirilib ki, bir gündə birinci mərhələ üzrə vaksinasiya olunanların sayı 259, ikinci mərhələ üzrə vaksinasiya olunanların sayı 143, üç və daha çox doza üzrə vaksinasiya olunanların sayı 1212, pozitiv nəticədən sonra buster doza üzrə vaksinasiya olunanların sayı 117 nəfərdir.