Xəzərdə suyun azalmasının səbəbləri açıqlandı

21:13 - 10 İyun 2022

Xəzərdə suyun azalmasının səbəbləri açıqlandı

Xəzər dənizində suyun səviyyəsinin aşağı düşməsi iqlim dəyişiklikləri ilə bağlıdır.

Manşet.az xəbər verir ki, bunu Xəzər Kompleks Ekoloji Monitorinq İdarəsinin rəisi Nazim Mahmudov deyib.

O bildirib ki, 2005-ci ildən Xəzərin suyunun geri çəkilməsini daha çox müşahidə etməyə başlamışıq: "Xəzərə tökülən çaylarda suyun azalması müşahidə olunur. Bunlar qlobal istiləşmənin təsiridir. Bu, dənizdə yaşayan canlıların qida zəncirinin azalmasına gətirib çıxarır. Proses davam etməkdədir". (trend.az)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az