İstefa verən baş katib yenidən vəzifəsinə qayıtdı

15:17 - 14 İyun 2022

İstefa verən baş katib yenidən vəzifəsinə qayıtdı

İyunun 10-da Azərbaycan Pauerliftinq Federasiyasının baş katibi vəzifəsindən istefa verən Hafiz Verdiyev yenidən öz işinə qayıdıb.

 

Bu barədə Manset.az-a federasiyanın prezidenti Ələddin Əliyev məlumat verib. 

O bildirib ki, Hafiz Verdiyevlə aralarındakı problem həll edilib: “Hafiz müəllim, yenidən federasiyanın baş katibidir. Onunla olan bütün problemli məsələlər həll edilib”. 

Hafiz Verdiyev özü də saytımıza açıqlamasında bunu təsdiq edib: “Sadəcə rəsmi sənədləşməni gözləyirik”. 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az