Nazirdən xaricdə hazırlıq alan tibb işçiləri ilə bağlı ƏMR

18:58 - 14 İyun 2022

Nazirdən xaricdə hazırlıq alan tibb işçiləri ilə bağlı ƏMR

Xarici ölkələrdə hazırlıq alan tibb və əczaçılıq işçilərinin bilik səviyyəsinin və peşə səriştəsinin yoxlanılması məqsədilə imtahan keçiriləcək.

Manşet.az xəbər verir ki, bu barədə səhiyyə naziri Teymur Musayev əmr imzalayıb.

Əmrlə İctimai Səhiyyə və İslahatlar Mərkəzinə imtahanların keçirilməsi təmin etmək tapşırılıb.

Bununla yanaşı, Səhiyyə Nazirliyinin Kadr məsələləri üzrə Komissiyasına da tapşırıq verilib.

Səhiyyənin İnformasiyalaşdırılması Mərkəzi Səhiyyə Nazirliyinin rəsmi internet saytında namizədlərin elektron ərizələrinin qəbulu üçün elektron xidmətin yaradılmasını təmin edəcək.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az