Türk alim AzTU-nun prorektoru vəzifəsindən İSTEFA VERDİ

19:08 - 15 İyun 2022

Türk alim AzTU-nun prorektoru vəzifəsindən İSTEFA VERDİ

Azərbaycan Texniki Universitetinin (AzTU) prorektoru işdən çıxıb. 

Manşet.az qaynarinfo-ya istinadən xəbər verir ki, Təhsil naziri Emin Əmrullayevin müvafiq əmri ilə Çetin Elmas AzTU-nun Elm və innovasiya üzrə prorektoru vəzifəsindən azad olunub. 

Onun yerinə 2018-2022-ci illərdə AzTU-nun beynəlxalq əlaqələr üzrə prorektoru vəzifəsində çalışmış Sübhan Nadir oğlu Namazov təyin edilib.

 Süni intellekt üzrə dünya şöhrətli alim Çetin Elmas AzTU-nun Elm və innovasiya üzrə prorektoru vəzifəsindən istefa verib. Bunun səbəbi isə AzTU-da onun bir il ərzində nəzərdə tutduğu layihələrinin düzgün icra olunmamasıdır. Məhz bu səbəbdən ayın 1-də dünya şöhrətli alim universitetlə müqaviləsinin müddətini artırmayıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az