“Bakı Qlobal Forumunun böyük əhəmiyyəti var” – Aydın HÜSEYNOV

18:22 - 16 İyun 2022

“Bakı Qlobal Forumunun böyük əhəmiyyəti var” – Aydın HÜSEYNOV

 “Bakıda Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin himayəsi altında və Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə “Qlobal dünya nizamına təhdidlər” mövzusunda IX Qlobal Bakı Forumu işə başlaması çox önəmli hadisədir. Ötən il Ermənistan silahlı qüvvələrinin 28 illik işğalından sonra azad edilmiş qədim Şuşa şəhərində keçirilən VIII Qlobal Bakı Forumunun mövzusu isə “COVID-19-dan sonrakı dünya” idi. Qədim şəhərimizdə keçirilən panel iclasının adı da günümüzlə səsləşirdi: "Mədəni irsin qorunması”. Bu gün Bakı şəhərində keçirilən Qlobal Forum dünyada və regionda siyasi, qlobal və  universal xarakter daşıması, beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir”.

Manşet.az xəbər verir ki, bunu açıqlamasında Milli Məclisin deputatı Aydın Hüseynov deyib.

Deputat bildirib ki, Bu gün Azərbaycan regionda əsas aktora, proseslərin hansı istiqamətdə gedəcəyini təyin edən, diqtə edən ölkəyə çevrilib: “44 günlük müharibədən sonra regionda yeni reallıqlar yaranıb. Cənubi Qafqazda həyata keçirilən bütün layihələrin müəllifi, ya da həmmüəllifi Azərbaycandır. Həm də Azərbaycan müstəqillik qazandıqdan bəri əksər nüfuzlu beynəlxalq tədbirlərin keçirilməsinə ev sahibliyi edib. Fəxrlə deyə bilərik ki, Bakı beynəlxalq problemlərin həllinin müzakirəsi üçün ideal məkana çevrilib. Ölkəmizin təşəbbüsü ilə keçirilmiş “Bakı Prosesi”nin əsas məqsədi mədəniyyətlərarası dialoqun möhkəmləndirilməsi olub. Bu tədbir İslam Əməkdaşlıq Təşkilatına və Avropa Şurasına üzv dövlətləri bir araya gətirib. Azərbaycanda iki ildən bir keçirilən Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu BMT Baş Assambleyasının qətnamələri ilə mədəniyyətlərarası dialoqun təşviqi üçün əsas qlobal platforma kimi tanınıb. 2016-cı ildə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu Azərbaycanda keçirilib. Bundan əlavə, Azərbaycan 2015-ci ildə I Avropa Oyunlarını və 2017-ci ildə IV İslam Həmrəyliyi Oyunlarını təşkil edib. Bütün bunları sadalamaqda məqsədimiz budur ki, Azərbaycan müstəqil ölkə kimi mövcudluğu dövründə müxtəlif beynəlxalq mədəni tədbirlərə də uğurla ev sahibliyi edib”.

A.Hüseynov Qlobal Bakı Forumunun əhəmiyyətinə diqqət çəkərək bildirib ki, bu tədbir dünyanın diqqətini cəlb edən hadisələrdəndir: “Bakı Qlobal Forumu əhəmiyyətinə və əhatəsinə görə Davos İqtisadi Forumu və Münhen Təhlikəsizlik Konfransı kimi dünyada nüfuzlu tədbirdir. O cümlədən həm də həmin forumlardan fərqlənir. Davos Forumu yalnız iqtisadi, Münhen Forumu isə təhlükəsizlik məsələlərini əhatə edir. Bakı Qlobal Forumu isə universal xarakter daşıyır. Beynəlxalq gündəmdə olan siyasi, iqtisadi, humanitar və digər məsələləri əhatə edir. Yəni Bakı Qlobal Forumu bütün qlobal məsələlərin müzakirə edildiyi beynəlxalq tədbir kimi dünyanın diqqət mərkəzində olur”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az