Əhalinin NƏZƏRİNƏ: “WhatsApp” bəzi telefonlarda işləməyəcək

18:04 - 20 İyun 2022

Əhalinin NƏZƏRİNƏ: “WhatsApp” bəzi telefonlarda işləməyəcək

“iOS 10” və “iOS 11” istifadəçiləri oktyabrın 24-dək “iPhone” telefonlarını yeni “iOS 12” və ya daha yüksək versiyalara yeniləməsələr “WhatsApp”dan istifadə edə bilməyəcəklər.

Manşet.az xəbər verir ki, bu barədə “Haber Global” xəbər verib.

Bildirilir ki, “iOS 12” istifadəçilərinin hələlik narahat olmalarına səbəb yoxdur, bununla belə mesencerin növbəti addımının bu versiya ilə bağlı olacağı şübhəsizdir.

Həmçinin “Android” istifadəçilərinin cihazlarını “Android 4.1” və ya daha yüksək versiyaya yeniləməli olduğu barədə xəbərdarlıq edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az