Azərbaycanın axtarışa verdiyi Peqova zərbə: Kanalı silindi

09:14 - 21 İyun 2022

Azərbaycanın axtarışa verdiyi Peqova zərbə: Kanalı silindi

Youtube şəbəkəsi rusiyalı ermənipərəst hərbi jurnalist Semyon Peqovun "wargonzo” səhifəsini silib. 
 

Manset.az azxəbər.com-a istinadən xəbər verir ki, İkinci Qarabağ müharibəsi dövründə ermənipərəst mövqe nümayiş etdirən rusiyalı hərbi jurnalist Semyon Peqovun "wargonzo” kanalını Youtube şəbəkəsi tamamilə sildiyini açıqlayıb.

Buna səbəb kanalın Ukraynadakı müharibəni işıqlandırarkən şəbəkənin qaydalarını pozması olub.

Qeyd edək ki, erməni əsilli media maqnatı Aram Gabrileyanov tərəfindən maliyyələşdirilən "wargonzo” layihəsi İkinci Qarabağ müharibəsi dövründə Azərbaycan haqqında çoxlu dezinformasiya yaymaqla məşğul olub. Həmin dövrdə Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən kanalın müəllifi Semyon Peqov axtarışa da verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az