Məşhur istirahət mərkəzində kütləvi ZƏHƏRLƏNMƏ

12:51 - 20 İyul 2022

Məşhur istirahət mərkəzində kütləvi ZƏHƏRLƏNMƏ

Xaçmazda istirahət mərkəzində zəhərlənmə hadisəsi baş verib. 

 

Manset.az xəbər verir ki, Nabranda yerləşən "Məkan" istirahət mərkəzində yeməkdən sonra bir neçə nəfərin vəziyyəti pisləşib.

Məsələ ilə bağlı TƏBİB-dən "Qafqazinfo"nun sorğusuna cavab olaraq bildirilib ki, həmin şəxslər xəstəxanaya yerləşdirilib: "Nabrandan qida zəhərlənməsi şübhəsi ilə təcili tibbi yardım vasitəsilə Xaçmaz Rayon Mərkəzi Xəstəxanasına saat 05:30 radələrində beş nəfər (3-ü uşaq, 2-si yeniyetmə olmaqla) gətirilib. Onlara ilkin tibbi yardım göstərilib və evə buraxılıblar.

11:20 radələrində isə daha beş nəfər (2-si yeniyetmə olmaqla) eyni diaqnozla təcili tibbi yardımla xəstəxanaya yerləşdirilib. Hazırda onların zəruri tibbi xidmət göstərilir".


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az