Hovuzda çimən qadınları çəkib təhqir edən şəxs "CƏZALANDIRILDI?"- Bir neçə nəfər TƏRƏFİNDƏN...

15:10 - 22 İyul 2022

Hovuzda çimən qadınları çəkib təhqir edən şəxs \"CƏZALANDIRILDI?\"- Bir neçə nəfər TƏRƏFİNDƏN...

Bir neçə gün öncə "Tiktok" sosial şəbəkəsində paylaşdığı video ilə gündəmə gələn şəxsdən xəbər var.

 

 Manset.az-ın məlumatına görə, istirahət mərkəzlərinin birində video çəkərək insanlara qarşı alçaldıcı ifadələr işlədən şəxsin döyüldüyü bildirilir. Bu barədə saytımıza bildirilib.

Qeyd edilir ki, "magerramoff" adlı profilin sahibi bir neçə şəxs tərəfindən döyülüb. Onun müxəlif dərəcəli bədən xəsarətləri aldığı iddia olunur.

Xatırladaq ki, "magerramoff" "Tik-tok" platformasında hovuzda çimən qadınları canlı yayımda videoya çəkərək onu izləyən şəxslərə "hansınızın bacısıdır, deyin çəkməyim, qeyrət çəkənlər hanı?" şəklində ifadələr işlədib. 93 min izləyici olan istifadəçinin bu hərəkəti ciddi şəkildə qınanılıb. İstirahət mərkəzində dincələn qadınların görüntülərinin yayılması şəxsi həyata müdaxilə kimi dəyərləndirilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az