Qarabağ və Zəngəzurda minaya düşən hərbçilərin sayı AÇIQLANDI

14:36 - 02 Avqust 2022

Qarabağ və Zəngəzurda minaya düşən hərbçilərin sayı AÇIQLANDI

2020-ci ilin noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə minaya düşərək həlak olan və yaralanan hərbçilərin sayı açıqlanıb.

 

Manset.az xəbər verir ki, Baş Prokurorluğun Mətbuat Xidmətindən Report-un sorğusuna cavab olaraq bildirilib ki, hazırkı dövrədək 124 hərbçi minaya düşüb.

Qeyd edilib ki, nəticədə 7 hərbi qulluqçu həlak olub, 117-si isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.

Xatırladaq ki, 2020-ci ilin noyabrın 10-dan indiyədək azad edilmiş ərazilərdə mina partlaması nəticəsində 32 mülki şəxs həlak olub, 67-si isə müxtəlif dərəcəli bədən xəsarətləri alıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az