Vilayət Eyvazov məşhur səfirin qardaşını yüksək posta gətirdi - FOTO

16:00 - 02 Avqust 2022

Vilayət Eyvazov məşhur səfirin qardaşını yüksək posta gətirdi - FOTO

Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazov sabiq səfirin qardaşına yüksək vəzifə verib.

 

Manset.az Qaynarinfo-ya istinadla xəbər verir ki, Nəsimi Məzi oğlu Şikarov bir müddət əvvəl Daxili İşlər Nazirliyinin Səfirlik yanında nümayəndəsi vəzifəsindən geri çağrılıb.

Vilayət Eyvazovun müvafiq əmri ilə polis polkovniki Nəsimi Şikarov DİN-in Baş Cinayət Axtarışı İdarəsinin rəis müavini vəzifəsinə təyin edilib.

Qeyd edək ki, Nəsimi Şikarov məşhur diplomat, Azərbaycanın BƏƏ, Pakistan və Əfqanıstandakı keçmiş səfiri Daşqın Şikarovun qardaşıdır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az