Anadangəlmə ürək qüsurlu gənc yataq xəstəsidir - FOTOLAR

11:57 - 03 Avqust 2022

Anadangəlmə ürək qüsurlu gənc yataq xəstəsidir - FOTOLAR

22 yaşlı gənc ürək və ağciyər çatışmazlığından əziyyət çəkir.

 

Bu barədə Manset.az-a onun özü məlumat verib.

Cabar Abdurrəhmanov bildirib ki, o, anadangəlmə ürək qüsurludur və yataq xəstəsidir:

“Ailəmin hazırkı maddi vəziyyəti müalicəyə imkan vermir. Dəfələrlə yerli xəstəxanalarda müalicə və müayinə olunmuşam. Getdiyim hər xəstəxanadan isə eyni cavabı deyiblər. Mənim sağalmağım, normal həyata qayıtmağım, ailəmə yük olmamağım üçün Belarusiyada və ya Almaniyada əməliyyat olunmalıyam. Bunun üçün 200 min manat məbləğində pul lazımdır. Özüm yataq xəstəsi olduğum üçün müalicə xərclərimi qarşılaya bilmirəm. Xalqımdan xahiş edirəm, kömək etsinlər”.

Əlaqə nömrəsi: 051 408 38 87

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az