Dünya bazarında "Brent" markalı xam neftin qiymətində ciddi artım qeydə alınıb.
Manset.az beynəlxalq ticarət platformalarına istinadən xəbər verir ki, "Brent" neftinin bir barelinin dəyəri 100 dollar həddini aşaraq son dövrlərin ən yüksək göstəricilərindən birinə yüksəlib.
Bakı vaxtı ilə saat 07:27-yə olan məlumata əsasən, "Brent" markalı neftin may fyuçersləri əvvəlki qiymətlə müqayisədə 9,77% bahalaşaraq 100,97 dollar səviyyəsinə çatıb.
Qeyd edək ki, enerji bazarında müşahidə olunan bu artım əsasən qlobal geosiyasi gərginlik, neft təchizatı ilə bağlı risklər və investorların artan tələbi ilə əlaqələndirilir.